Modern.az xəbər verir ki, ETM-in son günlər cəbhədə yaranmış gərginliyin «informasiya müharibəsi»ndə də özünü büruzə verdiyini bildirib. Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır. «Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir».
ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: «Belə ki, Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edə bilərsiniz. Bu məqsədlə müraciət etmək üçün ETM-in «qaynar xətt»indən (1654), e-poçt ünvanlarından («[email protected]» və ya www.cert.az) faydalana bilərsiniz».