Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu sözləri parlament rəhbərliyi və fraksiya liderləri ilə görüşdən sonra deyib.
Erməni nazir bildirib ki, o, cəbhə xəttindəki vəziyyətlə bağlı prezident Serj Sərkisyana hesabat məruzəsi təqdim edib. S.Ohanyan erməni tərəfinin son döyüşlərdə itkilərinin olduğunu da etiraf edib. Deyib ki, Ermənistan tərəfindən də ölənlər və yaralananlar var.
S.Ohanyan onu da bildirib ki, Ermənistanın hərbi rəhbərliyi I Qarabağ müharibəsinin iştirakçısı olmuş 100-dən çox könüllü veteranı Azərbaycanın işğal olunmuş Laçın rayonuna göndərib.
Erməni nazir jurnalistlərin «nizami ordu olan yerdə buna nə ehtiyac vardı» sualına belə cavab verib ki, hərbi xidmətə yenicə çağırılan əsgərlərin hərbi təcrübəsi az olduğu üçün onlar veteranların köməyindən yararlanmağa qərar veriblər.