Ermənistanın müdafiə naziri hesab edir ki, ordu əlavə səfərbərlik olmadan qoyulmuş məsələləri həll etməyə bacarıqlıdır. Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Ermənistanın sərhəd regionlarına baş çəkib. Azərbaycanın general-leytenantı Rövşən Əkbərov isə son günlər ərzində erməni hərbçilərinin çox sayda itki verdiyini bildirib. General atışma nəticəsində 6-7 erməni döyüş mövqeyinin məhv edildiyini də vurğulayıb. «Müharibəni biz atıcı silahla aparırıq. Biz hələ silahın başqa növlərinə müraciət etmədik. Əgər biz silahın başqa növlərinə müraciət etsək, onda orada heç bir insan qalmayacaq», - deyə Azərbaycan generalı bildirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlər ərzində erməni hərbçiləriylə təmas xəttində atışmaların gedişatında 13 Azərbaycan hərbi qulluqçusu həlak olub. Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağda münaqişənin nizama salınmasına görə danışıqlar aparacaq. Görüş Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə avqustun 8-9-na təyin edilib. Ölkə başçıları güman edirlər ki, onlar «problemin sülh nizamlanmasına və gərginliyin zəifləməsinə açarı» tapmağı bacaracaq. (ANSpress)