Vaxt.Az

Düşmən susmur


 

İlan vuran yatdı, erməni yatmadı

Düşmən susmur Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən «Trend»ə bildirilir.

10:02

Noyemberyan rayonunun Barekamavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Baş Qərvənd kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

***

 

08:52

APA isə bildirir ki, ötən gecə, təxminən saat 1 radələrindən başlayaraq, Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Baş Qərvənd kəndindən Çıraqlı kəndini və Azərbaycan ordusunun üzbəüz mövqelərini, o cümlədən, işğal altında olan Şıxlar kəndindən Orta Qərvənd kəndini, həmçinin Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və iriçaplı silahlardan atəşə tutub.

Düşmənə bütün hallarda tutarlı cavab verilib.

 





05.08.2014    çap et  çap et