Vaxt.Az

İstanbul polisində «təmizlik»


 

AKP Gülən hərəkatına qarşı növbəti əməliyyata başladı

İstanbul polisində «təmizlik» Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülən hərəkatına qarşı əməliyyatları bərpa edib. Bu barədə «Trend» çərşənbə axşamı Türkiyənin «TRT Haber» telekanalına istinadən xəbər yayıb.

Həmin əməliyyat çərçivəsində İstanbulda polis idarələrinin hərəkat tərəfdarflarından təmizlənməsi həyata keçirilir. Bir müddət əvvəl bildirilmişdi ki, iyulun 22-də Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən xüsusi əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

 





05.08.2014    çap et  çap et