Vaxt.Az

«Ermənilərin iki postunu almışıq, özüm də orada olmuşam»


 

İcra başçısından sensasion açıqlama

«Ermənilərin iki postunu almışıq, özüm də orada olmuşam» Sabiq deputat, Daşkəsənin icra başçısı Əhəd Abıyev aznews.az-a müsahibəsində Azərbaycan hərbçilərinin bir neçə ay əvvəl ermənilərin iki postunu ələ keçirdiyini açıqlayıb.

Eks-deputat daha sonra qeyd edib ki, özü də həmin postda olub: «Son 4 gündə erməni silahlıları Azərbaycan silahlı qüvvələrini, o cümlədən yaşayış sahələrini atəşə məruz qoyur. Azərbaycan tərəfi 13 şəhid veribsə, bu günlərdə mənə daha ciddi mənbədən verilən məlumata görə erməni tərəfi 51 hərbiçisini itirib. Amma onlar nədənsə bunu gizlədir. Bu da başadüşüləndir.

6-7 ay öncə Azərbaycanın Silahlı Qüvvələri Murovdağda erməni hərbçilərin yerləşdikləri iki postu ələ keçirib. Şəxsən mən özüm həmin postlarda olmuşam. İnanıram ki, hərbçilərimiz ölkə başçısının bir əmri ilə qısa zaman kəsiyində İrəvana da bayraq sancar. Amma biz sülh istəyirik və bu münaqişənin müharibəsiz həlinin tərəfdarıyıq. Hazırda da rayonun cəbhə boyu əraziləri arada bir erməni silahlı qüvvələri tərəfinin atəşinə məruz qalsa da hərbçilərimiz onları dərhal susdurur və itkiyə məruz qoyurlar. Bir sözlə, Azərbaycan xalqı, o cümlədən Daşkəsən əhalisi istənilən vaxt torpaqlarımızı azad etmək üçün döyüşə hazırdır».

 





05.08.2014    çap et  çap et