Artilleriyaçılar Ermənistan Ordusunun ön xətdəki möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələrinin, ərazidəki hərbi hissələrinin hədəfə götürüldüyünü bildiriblər.
«Artilleriya batareyalarımız öz döyüş mövqelərini tutub və hazır vəziyyətdədirlər. Bizim artilleriya sistemlərimiz Ermənistan Ordusunun cəbhənin uzaq dərinliyindəki obyektlərini məhv etmək imkanına və böyük dağıdıcı gücə malikdir», - deyə artilleriya zabiti bildirib.
Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə Tərtər istiqamətində ermənilərin həyata keçirməyə hazırlaşdıqları genişmiqyaslı diversiya-təxribat planının qarşısı alınmasında Azərbaycan tərəfi avtomatik minaatanların və D-30 toplarının atəşindən istifadə edib. Nəticədə ermənilərin müdafiə mövqeləri və arxa cəbhədəki toplaşma məntəqəsi dağıdılıb.