Vaxt.Az

30 beynəlxalq təşkilata, 2112 parlamentariyə müraciət


 

Azərbaycan QHT-ləri 2 gün ərzində 761 təşkilat məktub göndərərək Ermənistanın təcavüzkar siyasətinə son qoymağa çağırış edib

30 beynəlxalq təşkilata, 2112 parlamentariyə müraciət Son iki gündə işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etməsi, kəşfiyyat-təxribat qruplarının müxtəlif pozucu, diversiya hərəkətləri ilə bağlı Azərbaycan QHT-lərinin etiraz bəyanatları yayılıb.

Milli Məclisin deputatı, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin 03 avqust 2014-cü ildə QHT-lərə müraciəti həm QHT cameəsində, həm də mediada böyük rezonans doğurub.

Azay Quliyev «Beynəlxalq qurumlardan aqressorun və işğalçının cəzalandırılmasını tələb etməliyik. Xüsusilə, Azərbaycan XİN-nin Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı verdiyi son bəyanatına bütün vətəndaş cəmiyyəti institutlarının qoşulmasına və onu dəstəkləməsinə ciddi ehtiyac var» çağrışına ilk olaraq Parlament Jurnalistlər Birliyi və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının start verdiyi «Şuşaya azadlıq» kampaniyası çərçivəsində yaradılmış Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu və «İrəli» Gənclər təşkilatları olmuşlar.

Bundan sonra iki gün ərzində aşağıdakı təşkilatlar beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə ünvanladıqları bəyanatları yaymışlar.

Həmin təşkilatları qeyd edirik:

1. Parlament Jurnalistlər Birliyi və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının start verdiyi «Şuşaya azadlıq» kampaniyası çərçivəsində yaradılmış Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu

2. «İrəli» Gənclər təşkilatları

3. Ramil İsgəndərli Legal Analysis and Research Public Union of Azerbaijan, (ingilis dilində)

4. Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri,

5. Mahirə Əmirhüseynova, Qadın QHT Forumu – (37 qadın Təşkilatı)

6. Elməddin Behbud, «Demokratik Azərbaycan Naminə» gənclərin İctimai Birliyinin

7. Nailə İsmayılova, «Yeni Həyat» Humanitar Sosial Dayaq İctimai Birliyi

8. Səbinə Abbasova, «Sağlam Həyat naminə» İB (həm azərbaycn, həm rus dilində)

9. Vüsalə Hüseynli, «Young Democratic Reformers « Public Union (ingilis dilində)

10. Rauf Zeyni, Milli QHT Forumu (645 QHT adından)

11. Asif Əsgərli, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı(ingilis, rus dillərində)

12. Niyaməddin Orduxanlı, Bələdiyyələrin İnkişafına Yardım İctimai birliyinin sədri (ingilis və azərbaycan dillərində)

13. Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyi Məclisi

14. Gülsel Səfərova, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının prezidenti (ingilis və rus dillərində)

15. Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri (ingilis və Azərbaycan dillərində)

16. Jurnalist-QHT Koalisiyası

17. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması, (30 QHT)

18. Məhərrrəm Zülfüqarlı, «İctimai Problemlərin Tədqiqi Assosiasiyası»

19. Qarabağ Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyasının (19 QHT)

20. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi (27 QHT)

21. Bəyimxanım Verdiyeva, «Xan Şuşinski Fondu»

22. İlqar Orucov, Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri

Beləliklə, 2 gün ərzində

22 QHT rəhbəri fərdi,

Qadın QHT Koalisyası (37 QHT),

Milli QHT Forumu (645 QHT),

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması (30 QHT),

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi (27 QHT)

ümumilikdə 761 QHT bu çağırışa dəstək verib.

Bəyanatlar,

Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Pan Gi Muna

BMT Təhlükəsizlik Şurasına

Avropa Şurasına,

AŞPA Parlament Assambleyasına,

Avropa İttifaqına,

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə

Avropa Parlamentinə,

Avopada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına

ATƏT Parlament Assambleyasına,

ATƏT-in Bakı ofisinə,

Avropa Gənclər Forumuna,

Beynəlxalq gənclər ictimaiyyətinə

Rusiya Dumasının 161,

Türkiyə Böyük Millət Məclisinin 546,

Fransa Parlamentinin 605,

İngiltərə Parlamentinin 315,

Avropa Parlamentinin 585

üzvünə göndərilib.

Ümumi işimizdə bir araya gələrək vahid mövqedən çıxış etdiklərinə görə və bu işdə əməyi keçən hər bir kəsə təşəkkür edirik!!!

Hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın azad olmasıdır!

 





05.08.2014    çap et  çap et