Vaxt.Az

“Əlimizdən gələn hər şeyi edəcəyik”


 

Koray Tarqay rəhbəri olduğu ATƏT-in Bakı ofisinnin statusunun dəyişdirilməsindən danışdı

“Əlimizdən gələn hər şeyi edəcəyik” Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsinə dair ATƏT-in Daimi Şurasına təklif təqdim etmişdi. Orada Azərbaycanın istəklərinə cavab verən bir qərar qəbul olundu. İndi o qərar çərçivəsində anlaşma memorandumu təsbit ediləcək. Yalnız bundan sonra Bakı Ofisimizin yeni fəaliyyət istiqamətləri müəyyənləşəcək”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Bakı ofisin rəhbəri Koray Tarqay təmsil etdiyi təşkilatın statusun dəyişdirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda ad dəyişikliyindən başqa heç nə baş verməyib: “Hələlik fəaliyyətimizdə heç bir dəyişiklik yoxdur”.
Qarşıdan gələn seçkilərə toxunan K.Tarqay bildirib ki, prosesə kifayət qədər vaxt qalıb: “Lakin artıq Mərkəzi Seçki Komissiyası ilə birgə fəaliyyət göstəririk. Azərbaycanda sabitlik və sülh hər şey önəmlidir, Azərbaycan xalqının xoşbəxtliyi önəmlidir. Qanunlara uyğun addımların atılması və Azərbaycanda keçiriləcək seçkilərə kölgə düşməməsi üçün əlimizdə gələn hər şeyi edəcəyik”.
 





29.07.2013    çap et  çap et