Vaxt.Az

Qareginin qara günü


 

Erməni katolikosu Allahşükür Paşazadəyə məktub ünvanlayıb

Qareginin qara günü Bütün ermənilərin katolikosu II Qaregin avqustun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayıb.

APA-nın «Novosti-Armeniya»ya istinadən verdiyi xəbərə görə, Qaregin məktubda Allahşükür Paşazadəni qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırıb.

Katolikos qeyd edib ki, atəşkəsin pozulması zəif,  lakin baha başa gələn sülhə ciddi təhlükə yaradır.

«Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, həyata olan haqq da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir.  Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz», deyə məktubda bildirilir.

 





05.08.2014    çap et  çap et