Vaxt.Az

İlham Əliyev cəbhə xəttində


 

Prezident əsgərlərlə görüşüb

İlham Əliyev cəbhə xəttində Bu dəqiqələrdə cəbhənin təmas xəttində sakitlikdir, gecə ara-sıra atəşkəs rejiminin pozulması halları baş versə də gündüz hələlik atışma qeydə alınmayıb.

Bu məlumatı musavat.com-un hazırda cəbhə xəttində olan əməkdaşı verib. Saytın yazdığına görə,  prezident İlham Əliyevi müşayiət edən avtomobil karvanı Ağdamın müvəqqəti inzibati mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsində olub, daha sonra Əfətli kəndinə istiqamət götürüb. Prezident bu kənddə hərbçilərlə görüşüb. Xəbərdə deyilir ki, İ.Əliyevin bir şəhid ailəsi ilə də görüşü gözlənilir.

Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən prezident cəbhədə baş verən gərginlikdən danışıb və ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib. 

Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb. Axar.az xəbər verir ki, hazırda prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur. 

 





06.08.2014    çap et  çap et