Vaxt.Az

«Coca-Cola» TV-lərə reklam verməyəcək


 

Şirkət 4 rus kanalı ilə əməkdaşlığı dayandırdı

«Coca-Cola» TV-lərə reklam verməyəcək ABŞ-ın «Coca-Cola» şirkəti Rusiyanın 4 telekanalına reklam verməkdən imtina edib. Bu barədə «Kommersant» xəbər verir.

Qəzet bu qərarın ABŞ-ın və Avropa Birliyinin Rusiyaya qarşı sansksiyaları ilə bağlı olmasını istisna etmir.

«Coca-Cola» şirkəti «Ren TV», «Pyatiy kanal», «Domaşniy» və «Zvezda» telekanalları ilə əməkdaşlığı dayandırıb. İlk üç TV «Rossiya» bankına, «Zvezda» isə ölkənin Müdafiə Nazirliyinə bağlıdır.

«Coca-Cola» üçün reklam məhsulları hazırlayan şirkət isə bu addımı iqtisadi əsaslarla belə izah edib ki, reklamverən öz reklam büdcəsinə yenidən baxır.

 





06.08.2014    çap et  çap et