Vaxt.Az

«İtkilərimiz var...»


 

Seyran Ohanyan axır ki etiraf etdi

«İtkilərimiz var...» Ermənistanın müdafiə naziri Seyran Ohanyan az əvvəl mətbuat konfransı keçirərək cəbhə xətti boyu baş verənlər barədə açıqlamalar verib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyanın bütün bəyanatları baş verənlərə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa, erməni ordusunun itkilərini az göstərərək qarşı tərəfin itkilərini artırmağa yönəlib.

Ohanyan deyib ki, Azərbaycan silahlı qüvvələri elə bu gün də erməni mövqelərinə həmlələr edirlər və geri oturdulurlar.

«Bizim silahlı qüvvələrimiz situasiyanı tam nəzarət altında saxlayır. Ancaq təəssüf ki, bizim itkilərimiz var» - deyə Ohanyan bildirib.

Ermənistan müdafiə naziri iddia edib ki, son günlər ərzində erməni qüvvələri Azərbaycan tərəfinin «20-dən çox həmləsinin» qarşısını alıb. 

 





06.08.2014    çap et  çap et