Vaxt.Az

Ermənilər iki uşağı yaraladı


 

İsmayılovu Ağstafada, Abbasovu Tovuzda

Ermənilər iki uşağı yaraladı Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb. Xəbərə görə, ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb. S.İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

 

12:35

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini yaralanıb.

Ağstafa rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar. 10 yaşlı Qoşqar Abbasov da bu zaman qəlpə yarası alıb.

Qeyd edək ki, avqustun 3-də ermənilər Gədəbəyin Şınıx bölgəsində də 14 yaşlı Şəlalə Tağıyevanı yaralamışdı.

 





06.08.2014    çap et  çap et