Vaxt.Az

«Azərbaycana bütün lazımı dəstək veriləcək»


 

MHP-li deputat: «Ermənilərə əsla boyun əyməyəcək, ...»

«Azərbaycana bütün lazımı dəstək veriləcək» «Azərbaycan bizim öz qardaşımızdır. Azərbaycana edilən bütün hücumları öncə bizə, sonra isə bütün Türk millətinə yönəlik hücum kimi dəyərləndiririk».

Bu sözləri editor.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ankaradan olan MHP-li millət vəkili Özcan Yeniçəri deyib. Millət vəkili qeyd edib ki, Türkiyə Xocalıda, Kərkükdə axan qanları unutmayıb: «Ermənilərə əsla boyun əyməyəcək, əydirməyəcəyik. Lazım gəldiyində Azərbaycana bütün lazımı dəstək veriləcək.

Cəbhədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət, Qazilərimizə isə can sağlığı arzu edirik. Qardaş Azərbaycana, Azərbaycan xalqına başsağlığımızı çatdırırıq».

 





06.08.2014    çap et  çap et