Vaxt.Az

MSK DSK-ya dərs keçir


 

Kurslar sədrlər və aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunub

MSK DSK-ya dərs keçir Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb.
APA-nın məlumatına görə, kursların açılış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov tədbirin əhəmiyyəti haqda danışaraq bildirib ki, bu tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunub.
Açılış mərasimində Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edir.
Açılış mərasimindən sonra isə “Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin, “Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları” mövzusunda isə Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun məruzələri dinləniləcək. Məruzələrdən sonra isə F. Abdullayev və Z. Əsgərov kurs iştirakçılarının suallarını cavablandırılacaqlar.
 





29.07.2013    çap et  çap et