Vaxt.Az

«Erməni təyyarələri vurulacaq»


 

«...Dağlıq Qarabağ səmasında uçarlarsa»

«Erməni təyyarələri vurulacaq» Azərbaycan Müdafiə Nazirliyi (MN) ermənilərə məxsus hərbi təyyarələrinin Dağlıq Qarabağ ərazisi üzərində qoşunların təmas xətti boyunca uçuşlar həyata keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ermənistan KİV-in Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu, məqsədyönlü dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır. 

Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək.

«Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcək», - deyə MN-in məlumatında bildirilib.

 





06.08.2014    çap et  çap et