Vaxt.Az

Politoloqun Soçi proqnozu


 

Vəfa Quluzadə: «Putinin bu görüşü təşkil etməkdə məqsədi başqadır»

Politoloqun Soçi proqnozu Azərbaycan-Ermənistan prezidentlərinin avqustun 8-9-da Soçidə görüşəcəkləri gözlənilir. Cəbhədə gərginliyin getdikcə artdığı zamanda Rusiyada keçiriləcək bu görüşdən gözləntilər müxtəlifdir. İctimaiyyətdə səslənən fikrə görə, Azərbaycan Soçi görüşündən sonra Avrasiya İttifaqına qatıla bilər. Digər ekspertlərin proqnozlarına görə isə Soçi görüşündən sonra işğal altında olan torpaqlarımız geri qaytarılacaq.

Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyilənlərə zidd fikir səsləndirib. Politoloqun sözlərinə görə, Putinin bu görüşü təşkil etməkdə məqsədi başqadır:

«Hesab edirəm ki, Soçidə heç bir irəliləyiş əldə olunmayacaq. Görüşdən sonra Putin çıxış edərək bildirəcək ki, hadisənin hərbi eskalasiyasina imkan verilmədi. Rusiyanın təsiri altında tərəflər razılaşdılar ki, cəbhə xətti boyunca atəşkəsə riayət etsinlər.  Bununla da cəbhədə müşahidə edilən hazırkı gərginlik də sona çatacaq. Düşünürəm ki, bundan artıq heç bir nailiyyət olmayacaq. Avrasiya və Gömrük İttifaqına gəlincə, Azərbaycan bu layihələrə qoşulmayacaq». Qeyd edək ki, Ermənistan tərəfi artıq bir həftədir ki, atəşkəsi ciddi şəkildə pozaraq üzbəüz mövqelərimizə hücum edir. 

 





06.08.2014    çap et  çap et