Vaxt.Az

Prezident hədələdi


 

«Qarabağda istənilən obyekti məhv edə bilərik...»

Prezident hədələdi «Azərbaycan bu gün Dağlıq Qarabağdakı istənilən obyekti məhv eləməyə qadirdir. Amma regiondakı sabitlik yalnız rəsmi Bakının yürütdüyü siyasətin sayəsində hələ də qorunub saxlanır».

Haqqin.az xəbər verir ki, bu sensasion bəyanatla avqustun 6-da cəbhə bölgəsindəki - Ağdam rayonundakı «N» saylə hərbi hissədə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

«Azərbaycan ordusu bu gün Dağlıq Qarabağdakı istənilən obyekti məhv etməyə qadirdir, bunu bacarar. Biz bunu bilirik. Bunu Azərbaycan xalqı da bilməlidir. Bunu Azərbaycanın düşməni də bilməlidir. Amma hamının bunu da bilməsi lazımdır: bu gün regiondakı sülh və sabitlik yalnız Azərbaycan dövlətinin səyləri ilə mümkündür, yalnız Azərbaycan dövlətinin sayəsində mümkün olur».

İlham Əliyev bəyan edib ki, Azərbaycan regionda sabitlik yaradan əsas qüvvədir. Dövlət başçısı cəbhə xəttindəki vəziyyətə dair müntəzəm olaraq operativ məlumatlar aldığını və vəziyyətin şəxsi nəzarəti altında olduğunu deyib.

«Bizim mövqelərimiz çox güclüdür. Azərbaycan ordusu peşəkarlıq və döyüş qabiliyyətinin yüksək olması hesabına təmas xəttində tam üstünlüyə nail olub. Azərbaycan əsgərləri, gizir və zabitləri vətənə layiqincə xidmət edirlər. Azərbaycan əsgərinin döyüş ruhu, döyüş əzmi çox yüksəkdir» - deyə Ali Baş Komandan bəyan edib.

 





06.08.2014    çap et  çap et