AFFA rəhbərliyi «Qarabağ»ın oyununda iştirak edəcək. Virtualaz.org saytı AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda «Qarabağ»ı dəstəkləmək üçün Zaltsburqa gedib.Qeyd edək ki, «Zaltsburq» - «Qarabağ» görüşü bu gecə Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Komandaların ilk oyunu təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
çap et