Helokopterlər bütün istiqamətlərdə təmas xəttinə nəzarət edir.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirdilər ki, burada heç bir qeyri-adi hadisə baş verməyib.
Döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycanın Hərbi Hava Qüvvələri Aviasiyası mütəmadi olaraq planlı şəkildə uçuşlar həyata keçirir.
Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi Ermənistan Respublikası kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatlar barədə açıqlama verib. Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, bu xəbərlərin heç bir əsası yoxdur və bu məqsədyönlü dezinformasiya xarakteri daşıyır.
Ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır.