Vaxt.Az

Xanım İsmayılqızı ölən oğluna şeir yazdı


 

«O yandan necə görünür bu dünyanın viran yeri?»

Xanım İsmayılqızı ölən oğluna şeir yazdı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızı bir müddət öncə vəfat edən oğluna şeir yazıb. ANS PRESS-in məlumatına görə, bəstəkar sözügedən şeiri «Facebook» səhifəsində paylaşıb. X.İsmayılqızı artıq xeyli müddətdir ki, oğlu Fərid üçün şeirlər yazır. Onun yazdığı hər yeni yazı insanlar tərəfindən maraqla qarşılanır.

Xatırladaq ki, Fərid qəflətən ürək tutmasından dünyasını dəyişib.

 

O yandan necə görünür

Bu dünyanın viran yeri?

Bəlkə elə biz ölüyük,

Bəlkə elə sənsən diri?

 

Yığışmışıq köçümüzə,

Başdan ayağa bir heçik.

Bizim qəbrimiz böyükdü,

Səninkisə bizdən kiçik.

 

Acından ölürük burda,

Öz içimizi yeyirik.

Bir qəfəslik qonaq kimi,

Dayanacaq gözləyirik.  

 





07.08.2014    çap et  çap et