Virtualaz.org saytı xəbər verir ki, «VladTime» informasiya agentliyi Moskva vaxtı ilə saat 18:30-da «Rossiya» telekanalının prezident Putinin təcili müraciətini yayacağını bildirir.
Məlumatda deyilir ki, Rusiya dövlət teleradio şirkətinin bütün filialları bu gün təcili müraciətin olacağı haqda məlumat alıblar. Agentlik ehtimal edir ki, Putinin müraciəti Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın Qərbə cavab sanksiyaları ilə bağlı olacaq.
«Rossiya» telekanalında isə Putinin müraciəti barədə məlumatlı olmadıqlarını deyiblər.