«Erməni tərəfi Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının yollarını axtarmaq və Bakının hərəkətləri nəticəsində münaqişə zonasında yaranmış vəziyyətin müzakirəsi üçün üçtərəfli görüşdə iştiraka hazır olduğunu ifadə edib. Erməni tərəfi əmindir ki, Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinin alternativi yoxdur və rəsmi İrəvan həmişə yüksək səviyyədə görüşlərin keçirilməsinə tərəfdar olub» - deyə Sərkisyanın mətbuat xidməti bildirir.
Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə sabah, yoxsa avqustun 9-da gedəcəyi məlum deyil. Rusiya tərəfi məlumat yayıb ki, ya avqustun 8-də, ya 9-da Vladimir Putin əvvəlcə Serj Sərkisyanla görüşəcək, daha sonra İlham Əliyevlə bir araya gələcək. Bundan sonra prezidentlərin üçlükdə görüşməsi də planlaşdırılır.