Vaxt.Az

ABŞ səfirliyinə basqın cəhdi


 

Postda olan polis fiziki xəsarət alıb

ABŞ səfirliyinə basqın cəhdi Bir neçə gün əvvəl axşam saatlarında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis baş serjantı Asif Salahov ABŞ səfirliyində xidmət aparan zaman 23 yaşlı Naxçıvan sakini Vüsal Səfərov və onun həmyaşıdı olan Tovuz rayon sakini İlqar Tağıyev posta soxulublar.
Yaxa.org saytının verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan şəxslər heç bir səbəb olmadan A.Salahov və onun post yoldaşı olan 31 yaşlı polis serjantı Şəmil Babayevə nalayiq sözlər deyib, təhqir ediblər. Sonra isə postda olan stəkanı götürüb sındıraraq polis nəfərlərinə əl nahiyələrindən xəsarət yetiriblər. Polis əməkdaşları xəsarətlə DİN-in hospitalına yerləşdiriliblər.
Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
 





29.07.2013    çap et  çap et