Vaxt.Az

Erməni əsir qəflətən öldü


 

Karen Petrosyan infarktdan keçinib

Erməni əsir qəflətən öldü Avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü - Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

Bu dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan bu gün - avqustun 8-də səhər saatlarında qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub.

Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi hadisə barədə məlumatlandırılıb («Trend»).

 





08.08.2014    çap et  çap et