Virtualaz.org saytı Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi öz Twitter hesabından məlumat yayıb.
«ABŞ Hərbi-Hava Qüvvələri radikal sünni yaraqlıların artilleriya silahlarını daha çox cəmlədiyi hədəflərə aviazərbələr endirir. İslamçılar bu silahlardan Ərbili qoruyan kürd yaraqlılarına qarşı istifadə edirdi» - deyə Pentaqonun mətbuat katibi Con Kirbinin açıqlamasında deyilir.
Yada salaq ki, ABŞ prezidenti Barak Obama İraqda radikal islamçı yaraqlılara aviazərbələrin endiriləcəyini bir gün öncə bəyan etmişdi. Prezident demişdi ki, İraqda dini azlıqların genosidinin qarşısını almaq və bu ölkədəki Amerika hərbi personalını müdafiə etmək üçün yaraqlılara qarşı aviasiyadan da istifadə olunacaq.