Vaxt.Az

Zakir Həsənov yaralı əsgərlərə baş çəkdi


 

TİKA 3 hərbçimizi Türkiyəyə müalicəyə göndərir

Zakir Həsənov yaralı əsgərlərə baş çəkdi Müdafiə naziri Zakir Həsənov bu gün yaralı hərbi qulluqçularla görüşüb. Müdafiə Nazirliyindən ANS-ə verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ötən həftə düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək üçün avqustun 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Əvvəlcə nazirliyin rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra müdafiə naziri hospitalın reanimasiya və ortopediya bölmələrində müalicə olunan yaralı hərbi qulluqçularla görüşüb. Hər bir döyüşçünün sağlamlıq durumu ilə maraqlanan general-polkovnik Zakir Həsənov onlarla söhbət edib, arzu və istəklərini dinləyib.

Müdafiə nazirinə məlumat verilib ki, hazırda yaralılar intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur. Hərbi qulluqçular göstərilən yüksək diqqət və qayğıya görə nazirə minnətdarlıqlarını bildiriblər. Hazırda səhhətlərinin yaxşı olduqlarını və hərbi tibb kollektivi tərəfindən yüksək qayğı ilə əhatə olunduqlarını söyləyən döyüşçülərimiz tezliklə sağaldıqdan sonra hərbi hissələrinə qayıdacaqlarını və düşmənə qarşı mübarizə ararmaq əzmində olduqlarını ifadə ediblər. Sonda nazir hospitalın tibb heyətinə öz tövsiyə və tapşırıqlarını verib.

 

***

 

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılır.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb. Yaralı əsgərlərin Türkiyəyə sabah aparılması planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





08.08.2014    çap et  çap et