Vaxt.Az

«Hələlik buna ehtiyac yoxdur»


 

Prezident «Twitter»də könüllü cəbhəyə getmək istəyənlər barədə yazdı

«Hələlik buna ehtiyac yoxdur» İlham Əliyev özünün «Twitter» səhifəsində cəbhədə yaranan gərginlikdən yazıb. Prezident müharibəyə getmək istəyən könüllülər barədə bunları qeyd edib:

«Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər vermişdir, bir neçə hərbçi şəhid olmuşdur. Allah onlara rəhmət eləsin! Ancaq onların qanı yerdə qalmayıb. Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur».

 





08.08.2014    çap et  çap et