Vaxt.Az

Gömrük Komitəsinin “beşbarmaq” əməliyyatı


 

Bu əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub

Gömrük Komitəsinin “beşbarmaq” əməliyyatı Son vaxtlar bir sıra şəxslər, xüsusilə, gənclər tərəfindən xarici ölkələrdən beşbarmaqların və digər bu qəbildən olan əşyaların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhdlər intensivləşib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, bu cür hallar üzrə gömrük orqanları tərəfindən 200-dən çox fakt aşkar olunub, hüquqpozma törədənlərdən yüzlərlə belə əşyalar: beşbarmaqlar, qeyri-standart formada hazırlanan xəncərlər, süngülər, bıçaq və bıçağa oxşar əşyalar, pnevmatik və qaz silahları, dəyənəklər, qandallar, habelə mülki dövriyyəsi qadağan olunmuş digər əşyalar götürülüb.
Belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdiyi izahatlarında bu əşyaları "suvenir" və ya "xatirə hədiyyəsi" kimi gətirdiklərini iddia edərək məsuliyyətdən yayınmağa çalışırlar.
DGK xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.
 





29.07.2013    çap et  çap et