Vaxt.Az

Azərbaycan Rusiyaya bazar ola bilər


 

Moskvanın ABŞ və Aİ dövlətlərindən kənd təsərrüfatı məhsullarının ölkəyə idxalına qadağası bizə nə verəcək?

Azərbaycan Rusiyaya bazar ola bilər Azərbaycan aqrar-sənaye dövləti kimi ABŞ və Avropa İttifaqının (Aİ) sanksiyalarına qarşı atılan cavab addımları fonunda Rusiya üçün potensial bazardır. Bunu «Trend»ə hökumətdəki mənbə Rusiyanın ABŞ və Aİ dövlətlərindən kənd təsərrüfatı məhsullarının ölkəyə idxalına qadağa qoyulması haqqında qərarını şərh edərkən deyib.

Hökumətdə hesab edirlər ki, Rusiyanın xarici ticarətində disbalansın pozulmasına imkan verməmək üçün kənd təsərrüfatı məhsullarının idxalı məqsədilə yeni bazarların əldə edilməsindən başqa, digər xammal və öz məhsullarının satışı bazarlarını axtarmaq lazım olacaq.

Mənbə qeyd edib: «Rusiya təbii ki, bu baxımdan dost ölkələrdən əmtəə dövriyyəsinin artırılmasını xahiş edəcək. Xüsusilə MDB çərçivəsində mövcud vəziyyətdən çıxış yolu axtaracaq».

Lakin hökumətdə hesab edirlər ki, bu amili Rusiya və Qərb arasında qarşıdurma ilə əlaqələndirmək düzgün deyil: «Bu, təbii prosesdir və qonşu ölkələrdə müəyyən qeyri-sabit vəziyyətə, hətta regionumuzda artan qarşıdurmalara baxmayaraq, Azərbaycanda sabit iqtisadi vəziyyətin qorunması fonunda baş verir. Azərbaycanda bu il də daxil olmaqla, sabit artım müşahidə olunur və cari il kənd təsərrüfatında yaxşı məhsul alınıb, halbuki bir çox dövlətlərdə kəskin eniş hiss edilir. Digər tərəfdən, Azərbaycan iqtisadi və maliyyə baxımından güclü ölkəyə çevrilib və öz ayaqları üstündə əminliklə dayanır».

Onun sözlərinə görə, bütün qonşu dövlətlər xüsusilə Rusiya ilə qonşu ölkələrdə mövcud sarsıntıların olduğu indiki vəziyyətdə məhsul və material nemətlər əldə etməyin mümkün olduğu iqtisadi və maliyyə cəhətdən sabit ölkələrə üz tuturlar. Təkcə Rusiyanın subyektlərinin deyil, həm də Belarus, Moldova (Aİ-yə inteqrasiya mərhələsində), Gürcüstan, Mərkəzi Asiya ölkələri Azərbaycana maraq göstərirlər və əməkdaşlıqda maraqlıdırlar».

Bu fonda (defisitin aradan qaldırılması) Rusiyanın gömrük proseduralarını sadələşdirməsinə gəlincə, hökumətdə bunun çox çətin proses olduğunu hesab edirlər.

Mənbə bildirib: «Rusiya bir tərəfdən özünü Avrasiya İqtisadi İttifaqına (Aİİ) bağlayıb, digər tərəfdən isə üçüncü ölkələr göstərdikləri qarşıdurma ilə mövcud vəziyyətdən istifadə etmək istəyirlər. Onlar ittifaqın daxilində vəziyyətin kifayə qədər sabit olmadığını bilərək «oyunu dağıtmağa» çalışırlar. Bu şəraitdə Rusiya ticarət siyasətini yumşaltsa, o zaman hamı (Aİİ) sınacaq. Gömrük prosedurlarının sərtləşdirilməsi isə daha çox problemlər yaradacaq, buna görə də Rusiyanın gələcəkdə hansı siyasət yürüdəcəyi hələ məlum deyil».

Hazırda Aİİ-in üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır. Rusiya 1992-ci ildən qüvvədə olan Azərbaycanla azad ticarət zonası haqqında sazişdən imtina etməyib.

Mənbə deyib ki, ikili standartlar mövcuddur: «Rusiya bəzən Aİİ-yə istinadən edərək öz maraqlarına uyğun fəaliyyət göstərir. Bundan başqa, sazişə əsasən, hər il indikativ siyahılar hazırlanmalıdır, lakin bu, yerinə yetirilmir. Müvafiq olaraq, Azərbaycan və Rusiya öz qanunvericilikləri çərçivəsində fəaliyyət göstərirlər».

 





09.08.2014    çap et  çap et