Dünən Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Əlibəyli kəndində mülki avtomobili atəşə tutublar. Modern.az-ın cəbhə xəttində olan əməkdaşının verdiyi məlumata görə, atəş nəticəsində «VAZ-2107» markalı mülki avtomobil tam yanaraq sıradan çıxıb.Xoşbəxtlikdən maşının içindəki sərnişinlər vaxtında qaçaraq xilas ola biliblər.
Bu hadisədən 5 dəqiqə sonra Azərbaycan Ordusunun həmin istiqamətdə açdığı cavab atəşi nəticəsində ermənilərin «Jeep» markalı maşını atəşə tutularaq yandırılıb.
çap et