Vaxt.Az

FHN xəbərdarlıq etdi


 

Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!

FHN xəbərdarlıq etdi FHN əhaliyə küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir. FHN-nin rəsmi saytının yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsasən, iyulun sonunadək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə olunacaq.
Bunu nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlara şəxsi təhlükəsizliklərinin qayğısına qalmağı, küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir.
Çünki küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!
 





29.07.2013    çap et  çap et