Zabit bildirib ki, hərbçilərimizin müşahidəsinə əsasən, Tovuzla üzbəüz olan, ermənilərin Tavuş adlandırdığı rayonunun Nerkinarmiraxpun, Aygepar, Masasxek kəndləri demək olar ki, boş qalıb. «Həmin yaşayış məntəqələrində əhalinin 90 faizi qaçıb»-deyə Azərbaycan Ordusunun zabiti vurğulayıb.
Müsahibimiz Azərbaycanın Ermənistanla sərhəd kəndlərində yaşayan əhalinin isə nəinki evlərini tərk etmək, əksinə öz şəraitlərini daha da yaxşılaşdırmaq üçün çalışdıqlarını bildirib:
«Diqqət etsəniz görərsiniz ki, burada yeni evlər tikilir. Qeyd edim ki, bizim camaat ermənilər kimi güllə səsini eşidəndə evlərini tərk etmir. Əksinə, bu günlərdə sakinlərimiz, xüsusən də keçmiş döyüşçülər bizə müraciət edib, səngərlərə getmək istədiklərini bildirirdilər. Əhalidəki yüksək döyüş əhval-ruhiyyəsi adamı heyran edir».