Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində ona Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmağı təklif edib.
Virtualaz.org saytı xəbər verir ki, Putin Azərbaycan prezidentinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair «ağrılı və köhnəlmiş problemlər» barədə müzakirə aparmaq zərurətinin yarandığını bildirib.
İlham Əliyev isə öz növbəsində Dağlıq Qarabağ münaqişəsindən əlavə regional problemləri də müzakirə etməyə hazır olduğunu deyib.
«Əlbəttə, biz Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik, hansı ki, bu münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir» - deyə İlham Əliyev bildirib.
Prezidentlərin görüşü Putinin Soçidəki «Boçarev Ruçi» iqamətgahında keçirilib.