Rakkada çəkilən 5 hissəlik İŞİD-in sənədli filminin dünən nümayiş olunan ikinci hissəsinin 3-cü dəqiqəsindən etibarən Türkiyə ilə əlaqədar bölüm başlayır. Fırat çayı üzərindəki Atatürk anbarında su tutulması səbəbiylə bölgənin su çətinliyi çəkdiyini bildirilən sənədli filmdə bir nəfər Türkiyə hökumətinə səslənərək «Dindən dönmüş hökumət (Türkiyəni nəzərdə tutur) qərarlarını nəzərdən keçirsin, deyə dua edirəm. Əgər nəzərdən keçirməzsə, İstanbulu ələ keçirəcəyik» deyir.
İŞİD rəsmisi «Bu, bir təhdiddirmi?» sualına «Bəli, açıq bir təhdiddir» deyə cavab verir. O, «İnşallah əgər onlar anbarı açmazlarsa, biz onu İstanbuldan açarıq» deyə davam edir.
Sənədli filmdə, həmçinin təşkilatın kiçik uşaqları cihad üçün necə öyrətdiyi görülür. Görüntilərdə 7-8 yaşlarındakı Belçikalı olduğu bildirilən uşağa «Cihadçımı olmaq istəyirsən, yoxsa bir intihar hücumumu təşkil etmək istəyirsən?» sualı yönəldilir. Uşaq isə Avropadakılar da daxil olmaqla «bütün kafirləri» öldürəcəyini söyləyir.