Vaxt.Az

Azərbaycana odatanlar gəlir


 

Rusiya hərbi texnikanın növbəti partiyasını göndərir

Azərbaycana odatanlar gəlir Rusiyanın «Uralvaqonzavod» müəssisəsi (UVZ) yaxın günlərdə Azərbaycandan aldığı sifariş üzrə hərbi texnikanın yeni partiyasını Bakıya göndərəcək.

Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A «Solntsepyok» ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından ibarət ikinci partiyası yer alacaq.

Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk olaraq 3 ədəd İMR-3M yola salınacaq.

TOS-1A «Solntsepyok» ağır odatanlarının atəş məsafəsi 6 min metr, bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25 min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar).

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 «Vena», 18 ədəd 2S19 «Msta-S» özüyeriyən haubitsası, 18 ədəd TOS-1A «Solntsepyok» ağır odatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları sifariş verib.

 





09.08.2014    çap et  çap et