«Yoluxmaların qeydə alındığı ölkələr bu genişlikdə yayılmanın qarşısını almağa hazır deyillər», - ÜST baş direktoru Marqaret Çan (Margaret Chan) bildirib. O, beynəlxalq ictimaiyyəti virusla üz-üzə qalmış ölkələrə təcili yardım göstərməyə çağırıb.
ÜST öncədən yüksək təhlükə vəziyyətini 2009-cu ildə «donuz qrippi» üçün elan etmişdi.
Həftəsonunadək təşkilat Qərbi Afrikada Ebola virusunun yayılmasının ağırlığı qiymətləndirmək və yayılmanın qarşısını almaq haqda müzakirələr aparmaq üçün xüsusi ekspertlərin iştirakı ilə təcili toplantı keçirəcək.
Xatırladaq ki, virus ilk olaraq mart ayında Qvineyada qeydə alınıb, sonra isə Sierra Leone və Liberiyaya yayılıb. Hər üç ölkə fövqəladə vəziyyət elan edib.
Ən ölümcül başlanğıc
ÜST Ebola virusunun başlanğıcını indiyədək görülməmiş kimi təsvir edib. Bu günə, virusdan 932 nəfər ölüb, digər 1700 nəfərin ölüm riski isə 50 faiz qiymətləndirilir.
«Sərhədsiz Həkimlər» təşkilatı virusun nəzarətdən çıxdığını bildirib, ABŞ səhiyyə qurumları isə ehtimal edib ki, patogenin Afrikadan kənara çıxmasının qarşısını almaq mümkün deyil.
Virusa yoluxmuş ilk avropalı, ispaniyalı katolik keşiş Miquel Paxares (Miguel Pajares) Liberiyadan İspaniyaya avqustun 7-də uçub. 75 yaşlı keşişin vəziyyəti sabitdir. Virus daşıyıcısı olan iki ABŞ vətəndaşı isə Atlantada müalicə alırlar. Onlar da virusa Liberiya yoluxublar, ancaq müalicə nəticəsində vəziyyətlərinin düzəldiyi bildirilir.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında tapılıb. Virus ağır hərarət, baş ağrısı, ürək bulanması və qanaxma ilə müşayiət olunur və bədən mayeləri vasitəsilə yayılır.