Vaxt.Az

Gün itki ilə başladı


 

Bir əsgərimiz şəhid oldu, digəri yaralandı

Gün itki ilə başladı Düşmən tərəfindən açılan atəşdən bir əsgərimiz şəhid olub, biri isə yaralanıb. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 9-da düşmənin atəşkəsi pozması nəticəsində saat 22:30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Avqustun 9-da düşmənin atəşkəsi pozması nəticəsində Silahlı Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb. Fakt saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində qeydə alınıb.

Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.

 





10.08.2014    çap et  çap et