***
22:22
Türkiyədə səsvermə qutularının 85 faizi açılıb.
Qardaş ölkənin KİV-lərində gedən və dəyişən ortaq rəqəmlərə görə, baş nazir R.T. Ərdoğan 52 faizlə irəlidədir. Müxalifətin namizədi Ə. İhsanoğlu səslərin 38 faizdən də çoxunu yığıb. Kürdlərin namizədi Dəmirdaşın faizi isə hələlik 8 faizdir. Səslərin sayılması davam etdikcə, nəticələr də dəyişir. O baxımdan, qeyd edirik ki, bunlar hələlik ilkin nəticələrdir. Yekun nəticələr irəliləyən saatlarda elan ediləcək.
Müxalifət seçkilərdə total saxtalaşdırmaların olmasından şikayətçidir. CİHAN Haber Ajansının məlumatları isə xeyli fərqlidir. Onun məlumatına görə T. Ərdoğan 49 faizdən bir qədər artıq səs yığıb.
Seçkilərə seçicilərin qatılma faizi isə 77 faizdir.
Artıq AKP-lilər küçələrə çıxıblar və qələbə kutlamalarına başlayıblar. T. Ərdoğanın da İstanbulda, evinin qarşısına, Üsküdara çıxmasına dair görüntülər yayılıb. Onun Haliç Konqre Mərkəzinə getməsi gözlənilir.
***
19:09
Bu gün yerli saatla 08:00-da başlayan 12-ci prezident seçkiləri 18:00-da başa çatıb.
2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədə 53 milyon 17 min 214 seçici var. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.
Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab olunacaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.
Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.
Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı «Xalqların Demokrat Partiyası» (HDP) sədri Səlahəddin Dəmirdaşdır.
I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.
***
17:34
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səsvermədə iştirak edib.
Məlumata görə, prezidentliyə namizəd olan Ərdoğan ölkədə keçirilən prezident seçkilərində seçici fəallığının yüksək olacağına ümidvar olduğunu bildirib.
Baş nazir qeyd edib ki, ölkədə keçirilən prezident seçkiləri Türkiyənin gələcəyi üçün çox önəmlidir.
Qeyd edək ki, 2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədə 53 milyon 17 min 214 seçici var.
Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam edəcək. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.
Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab olunacaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.
Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.
Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü keçmiş Barış və Demokratiya Partiyasının (BDP), hazırkı Xalqların Demokrat Partiyası (HDP) sədri Səlahəddin Dəmirdaşdır.
I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.