Virtualaz.org saytı »İnterfax»a istinadən bildirir ki, bunu jurnalistlərə bugünkü açıqlamasında Ayqepar kəndinin starostası Andranik Aydınyan deyib.
«Azərbaycan tərəfdən iriçaplı silahlardan atırdılar. Avqustun 10-na keçən gecə saat 2-dən atmağa başladılar. Ta saat 7-nin yarısına qədər atdılar. İki evdə yanğın başladı. Yanğınsöndürənləri və xilasediciləri çağırdıq. Amma onlar atışmadan qorxub hadisə yerinə yaxınlaşmadılar. Hər iki yanıb məhv oldu» - deyə A.Aydınyan bildirib.
Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, evlərdə yanğının başlaması xəbəri onlara saat 04:20-də daxil olub. FHN kəndə iki yanğınsöndürən maşın göndərsə də atışma üzündən hadisə yerinə yaxınlaşa bilməyiblər.