Vaxt.Az
Sərkisyanı saymırlar?
Soçi görüşündə vəd verildi 59 pozuntu var, verilməsəydi nə qədər olardı?
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən rəsmi saytında verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 59 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Voskepar və İcevan
rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı
Əskipara, Quşçuayrım və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz də atəşə
məruz qalıb.
Ağdam rayonunun Şuraabad, Qaraqaşlı,
Şıxlar, Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy
rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
11.08.2014 çap et