Vaxt.Az
“Elə qızlar var ki, oğlanları ...”
Hadı Rəcəbli cəmiyyətin həssas mövzusundan sərt danışdı
Əvvəllər qız qaçırmaq dəbdə idi, indisə deyəsən, tam tərsinədir - qızlar oğlan qaçırmağa “başlayıb”. Elə bir müddət öncə baş verən “oğlan qaçırma” olayına sadə adamdan tutmuş, ziyalıya kimi hamının marağına səbəb oldu. Belə bir hadisə ölkədən kənarda, tutalım, hansısa Avropa ölkəsində baş versə idi, bəlkə də bu qədər səs-küyə səbəb olmazdı. Amma Azərbaycan reallığında bir qızın oğlan qaçırması adət-ənənəyə qarşı çıxmaq kimi qarşılandı.
Artıq bir ilk var. Bundan sonra ikinci
belə hadisə baş versə, yəqin ki, artıq
normal qarşılanacaq.
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a açıqlamasında deyib ki, əvvəllər qız
qaçırma adəti var idi. Hətta valideynlərin maddi imkanı olmayanda buna könüllü
razılıq verirdilər. “Zaman dəyişib, formalar dəyişib. Avropaya inteqrasiya
etməyə başlamışıq, Türkiyə modeli gözümüzün önündədir.
Qaçırma məsələsi Azərbaycanda demək olar
ki, yoxdur. Qızın oğlan qaçırmasını isə sensasiya ediblər. Bu da o qaçırmadan
deyil ki, qızın qolunu-qıcını bağlayıb maşına, ata mindirib qaçırsınlar”. Hadı
Rəcəbli Avropa təcrübəsini misal gətirərək bildirdi ki, insanların əksəriyyəti
vətəndaş nikahında yaşayırlar. Ona görə də Azərbaycanda baş verən ilk və son
olay kütləviləşə bilməz. “Avropaya diqqət yetirək. Orada vətəndaş nikahı
üstünlük təşkil edir. İki gənc bir-birini sevirsə, rəsmi nikaha girmədən belə
birlikdə yaşayırlar. Bu yaxınlarda Venesuelanın prezidenti Nikolas Maduro
nikahını rəsmiləşdirdi. Məsələn, Fransanın prezidenti Holland da həyat yoldaşı
ilə rəsmi nikahda deyil. Yəni bu hallar dünyada mövcuddur. Qaçırma deyilən
məfhum indi formasını dəyişib. Qızlar da oğlanlar da dilli-dilavər olublar.
Zaman dəyişib, oğlan qızı, qız oğlanı bəyənirsə, qaçırmağa ehtiyac yoxdur, bir
yerdə yaşayırlar. Bu gün də elə qızlarımız var ki, oğlanla bir yerdə sərbəst
yaşayırlar sonra bir başqasına ərə gedirlər”.
29.07.2013 çap et