Tanınmış jurnalist yeni vəzifəyə təyin olunması ilə bağlı ilk təəssüratlarını Modern.az-la bölüşüb: «Söhbət mənim təyinatımdan getmir. Tərcümə məsələsinin dövlət qayğısı ilə əhatə olunması təqdirəlayiqdir. Azərbaycanın həmişə danışılan və yaralı problemlərinin həllinə xidmət edən bir məsələdir. Bu işin səriştəli bir adama tapşırılması özü ümumiyyətlə, tərcümə işi üçün böyük irəliləyişdir».
«Vəzifəyə elə bir adam qoya bilərdilər ki, ziyalı ailələrdə, ziyalı çevrələrdə o dərəcədə tanınmazdı. Düşünürəm ki, tərcümə sahəsində hiss olunacaq dəyişikliklər olacaq. Bu sahədə yetərincə səriştəm var. Sağ olsun Afaq Məsud mənə bu vəzifəni etibar etdi. Mən də çalışacağam ki, əlimdən gələni edim. Nə tapşırılacaqsa, onu da edəcəm», - deyə İ.Əlfioğlu əlavə etdi.