Vaxt.Az

Girovlardan məktub gəlib


 

Qırmızı Xaç Komitəsi Şahbaz və Dilqəmlə görüşüb

Girovlardan məktub gəlib İşğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı nümayəndəliyi vasitəsilə ailələrinə yeni məktub yollayıblar.

Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, komitənin Yerevan  nümayəndəliyinin proqram və kommunikasiya rəhbəri Zara Amatuni deyib ki, Qarabağdakı nümayəndəliyin təmsilçiləri avqustun 11-də axşam Quliyev və Əsgərovla görüşüblər: «Reqlamentə uyğun keçirilən görüşdə əslən Kəlbəcərdən olan Quliyev və Əsgərov məktub verərək Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinə Bakıdakı həmkarlarına çatdırmağı xahiş ediblər».

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bir müddət öncə Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Sonuncu öldürülərək Dağlıq Qarabağda dəfn olunub.

 





12.08.2014    çap et  çap et