Nəşrin məlumatına görə, ötən bazar günü Ağ Evdə Barak Obamanın bir qrup konqresmen və senatorlarla qapalı görüşü olub. ABŞ-ın xarici siyasətinin müzakirə olunduğu görüşdə həm demokratları, həm də respublikaçıları təmsil edən bir çox konqresmen və senatorlar Obamanın Suriya siyasətini tənqid ediblər.
Onlar təklif ediblər ki, Vaşinqton Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalifləri silahlandırmalıdır.
Amerika prezidenti isə bu təkliflə çıxış edən qanunvericiləri sərt tənqid edərək onların barəsində senzuradan kənar ifadələr işlədib. ABŞ prezidenti administrasiyasının nümayəndələri təsdiq ediblər ki, görüşdə Suriyaya dair kəskin polemika olub, lakin Obamanın söyüş işlətdiyi barədə məlumata şərh verilməyib.