Vaxt.Az

Ərdoğan və Ermənistan əlaqələri


 

Türkiyədə son seçkilərdən sonra rəsmi İrəvanla münasibətlərdə dəyişikliklər olacaqmı?

Ərdoğan və Ermənistan əlaqələri Türkiyədə prezident seçkilərində Rəcəb Tayyip Ərdoğanın seçilməsindən sonra erməni-türk əlaqələrində prinsipial dəyişiklik gözlənilmir. ANS PRESS-in məlumatına görə, bu barədə erməni KİV yazır.

Bir çox erməni politoloqun bildirdiyinə görə, Ərdoğan «erməni məsələsi» və Ermənistana olan mövqeyini davam edəcək. Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan bildirir ki, «Ərdoğandan bu dönəmdə yalnız diasporla bağlı əlaqələrin genişlənməsi istiqamətində bir neçə taktiki gediş gözləmək olar. Lakin Türkiyənin bu sahədə prinsipial şəkildə yeni baxışını gözləmirəm».

Qondarma erməni soyqırımının 100 illiyinə gəldikdə isə türkoloq Ankaradan beynəlxalq ictimaiyyəti öz dili ilə desək, çaşdırmağa çalışacaq. Lakin türkoloq məhz bu münasibətlərdə və məsələyə baxışda Ermənistan rəhbərliyində də səhv görür. Onun fikrincə nəyinsə qəbul edilməsi üçün ilk öncə əlaqələri genişləndirməli, daha sonra ortada qalan problemlərin həllinə yönəlmək lazımdır. Safrastyan bildirib ki, bu məsələdə Ermənistan Türkiyənin çox üstünə gedir, bu isə əks tərəfdən yaxşı qəbul edilmir.

«Bu seçkilər bizə onu göstərdi ki, Türkiyə öz siyasi xəttini davam edir və dəyişməyə ehtiyac duymur. Türkiyə bu dəfə də Suriyaya qarşı aqressiv siyasətini, Ermənistanla ləngitmələr və siyasi oyunlarını və əlbəttə ki, Azərbaycanla xoş qonşuluq əlaqələrini davam edəcək» - deyə digər bir türkoloq Gevorq Petrosyan bildirir.

Lakin bu şərhdə də erməni xülyası yer alır. Belə ki, Safrastyan düşünür ki, əgər Türkiyənin maraqlarına cavab verərsə, Ərdoğan «soyqırım»ın 100 illiyinə dəvəti qəbul edə bilər.

Petrosyan bildirir ki, «Türkiyə 2015-ci ilin gərginliyini azaltmaq niyyəti ilə dünyaya göstərməyə çalışacaq ki, Ermənistanla əlaqələrini düzəltməyə çalışır. Lakin sərhədin açılmasına qaldıqda isə bu ən yaxşı halda hansısa bir keçid məntəqəsinin və ya dəmir yolunun açılması ola bilər. Lakin mən inanmıram ki, bu hərtərəfli diplomatik əlaqələrin qurulmasına yol aça».

Xatırladaq ki, Türkiyə 1991-ci ildə Ermənistan Respublikasını rəsmi qəbul edib, lakin o dönəmdən bəri diplomatik əlaqələrin qurulmasından imtina edir.

Daha sonra 1993-cü ildə isə birtərəfli şəkildə Türkiyə hava və quru sərhədlərini Ermənistanın üzünə bağlayıb. Hava sərhəddi 1995-ci ildə açılsa da, quru sərhədlərinin açılması üçün Türkiyə Ermənistandan, Azərbaycanın işğal altında olan torpaqlarının qaytarılmasını və «erməni soyqırımının» beynəlxalq tanınmasından imtina etməsini tələb edib.

2008-ci ildə Beynəlxalq təzyiq altında qəbul edilən ikitərəfli əlaqələrin inkişafı protokolu isə Ermənistanın «soyqırım» və «Dağlıq Qarabağ» məsələsində tərsliyi ucbatından yenidən kağız üzərində qalıb.

Ermənistan rəhbərliyinin işğalçı siyasətindən əl çəkməməsi onu bir çox regional iqtisadi layihələrdən kənar qoyub və bu onsuz da kasıb olan ölkə daxilində birmənalı qarşılanmır.

 





13.08.2014    çap et  çap et