Vaxt.Az

Daha bir açıqlama


 

“TDQK-ya daxil olan müraciətlərin böyük əksəriyyəti...”

Daha bir açıqlama “Bu günə qədər keçirilən qəbul imtahanlarından sonra TDQK-ya daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir”. Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O qeyd edib ki, bu sorğuların əvvəlki illərlə müqayisədə həm azalıb, həm də təqdimolunma forması dəyişib. “Yəqin ki, bu, daha çox vətəndaşların informasiya texnologiyalarından istifadə imkanlarının artması ilə əlaqədardır. Bizə müraciətlər əsasən elektron formada daxil olur və burada TQDK-nın Facebook sosial şəbəkəsində fəaliyyət göstərən səhifəsi xüsusi yer tutur. Vətəndaşların müraciətləri oradan ən operativ şəkildə cavablandırılır”.
E. Nağızadə onlara daha çox abituriyentlərin topladıqları balla hansı universitetə və ya ixtisasa qəbul şansları, kolleclərə qəbul və digər bu kimi məzmunlu müraciətlərin daxil olduğunu bildirib. Qeyd edək ki, bu günə kimi I, III və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.
 





30.07.2013    çap et  çap et