Vaxt.Az

Hollivudda növbəti itki


 

Loren Bekkol 89 yaşında vəfat etdi

Hollivudda növbəti itki Keçən əsrin 40-50-ci illərdə məşhurlaşan Amerika aktrisası Loren Bekkol öz evində vəfat edib. ANS PRESS-in məlumatına görə, bu barədə aktrisanın ailəsi xəbər verib. Qohumlarının dediyinə görə, o geniş insult nəticəsində həyatını itirib.

Aktrisa keçən əsrin 40-50-ci illərində çəkildiyi filmlərlə məşhurluq qazanmışdı. Onun ən tanınmış rolları «Ki-Larqo», «Milyonerə necə ərə getməli», «Güzgünün iki üzü var» filmlərində olub. Bu zaman o Merilin Monro, Barbara Strezend və həyat yoldaşı Xamfri Boqart kimi aktyorlarla tərəf müqabili olub.

Karyerası ərzində aktrisa bir çox teatr və kino sahəsində mükafatlara layiq görülüb. Bunlardan ABŞ kinoaktyorlar gildiyası, «Toni», «Qızıl Qlobus» mükafatlarının adlarını çəkmək olar. 2009-cu ildə isə o kinomatoqrafiyada əvəzsiz nailiyyətlərinə görə «Oskar» mükafatına layiq görülüb.

 





13.08.2014    çap et  çap et