Bu sözləri Editor.az-a açıqlamasında Müsavat Partiyasının sabiq Divan üzvü, uzun müddət partiya rəhbərliyində təmsil olunmuş və vaxtilə Müsavatda söz sahibi olan Əsgər Əhməd söyləyib.
Xatırladaq ki, Müsavat başqanının müşaviri Hüseyn Məlik Müsavat Partiyası sıralarını tərk etməsi ilə bağlı bəyanat verib. O, bildirib ki, partiya ilə əlaqələrin davamı qurultayın qərarından sonra bəlli olacaq. Müsavat başqanı İsa Qəmbər isə Hüseyn Məliki partiyanın nüfuzuna xələl gətirməkdə suçlayaraq, müşavirlikdən qovduğunu bəyan edib.
Sabiq Müsavat funksioneri Əsgər Əhməd Hüseyn Məlikin istefasını qurultayöncəsi partiyadaxili gərginliklə əlaqələndirir: «İsa Qəmbərin siyasətdən başı çıxırdı. O, birləşdirici mövqedə dayanmağı bacarırdı. Gözlənilən odur ki, partiyanın yeni başqanı Arif Hacılı olacaq. Hesab edirəm ki, o, Müsavatı idarə edə bilməyəcək. Artıq buna etiraz olaraq partiyada qopmaları müşahidə edirik və o, başqan seçilərsə, partiya bir neçə yerə parçalanacaq və vəziyyət nəzarətdən çıxacaq».